2030cu ildə dünyada əhalinin yarısı bu problemdən əziyyət çəkəcək


Digərləri 27 Apr 2019 22:20:00 213 0

2030cu ildə dünyada əhalinin yarısı bu problemdən əziyyət çəkəcək

"Azərbaycanda da piylənmənin səbəbi digər ölkələrində olduğu kimi eynidir. 2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Azərbaycanda da yetkin əhalinin 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-dietoloq Emil Hidayətli deyib.

O bildirib ki, hazırda piylənmədən əziyyət çəkənlərin sayı get-gedə artır: "Burda acınacaqlı məqam uşaqlar arasında piylənmənin artmasıdır. Əsas səbəb bizdə də qidalanma faktorudur. Qida sənayesinin dəyişməsi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlər bura aiddir. Piylənmə ilə mübarizəni multidisiplinar yanaşma ilə aparmaq, yəni yalnız qidanı, fiziki aktivliyi işə salmadan bir yerdə kompleks şəkildə əməl etmək lazımdır. Biz xəstələrimizi davranış terapiyasının gücləndirilməsinə yönəldirik. Yəni piylənmədən əziyyət çəkən insanlar vərdişlərinin dəyişməsinin vacib olduğunu anlamalıdırlar. Qida, həyat tərzi, yuxu, fiziki aktivlik vərdişləri dəyişmədikcə, piylənmənin qarşısını almaq da mümkün deyil".

Həkim deyib ki, proqnozlar ildən-ilə daha acınacaqlı hala çevrilir: "2030-cu ildə yer kürəsi əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək. Bizim qeyri-ixtiyari təkrarladığımız hərəkətlər vərdiş adlanır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 12-dən sonra yatanlarda piylənmə səbəbləri artır. Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik".