Qadınlar hansı kişiləri sevir? – FORMULA


Digərləri 27 Apr 2019 20:05:00 211 0

Qadınlar hansı kişiləri sevir? – FORMULA

Gözəl qızlar onları özləri axtarıb tapır, hətta onlarla gecə keçirmək belə istəyirlər. Ancaq başqa cür oğlanlar da var. Onlar qadınlarla münasibət qurmaq haqqında müxtəlif kitablar oxuyurlar, az qala hər gün internetdə qadınlar, onların sevdikləri kişi tipləri haqqında axtarış aparırlar, ancaq nə edirlər etsinlər, əks cinslə münasibət qura bilmirlər.

Bu, onlar üçün çox böyük problemdir. Onlar hər hansı bir qadınının diqqətini cəlb etmək üçün əllərindən gələni edirlər. İndi biz sizə qadınlarla uğurlu münasibət qurmaq, onların sevdiyi kişi obrazına çevrilmək üçün bəzi məsləhətlər verəcəyik.

Kişilərin hansı xüsusiyyətləri qadınları maraqlandırır?

1. Özünə güvən. Son.az kishi.az-a istinadən bildirir ki,Özünüzə güvəninizi artırın, çünki özünə güvənən kişilər həmişə qadınların diqqətini cəlb edir. Sakit və qərarlı olun. Təkbaşına ən çətin problemlərin öhdəsindən gəlməyi öyrənməlisiniz. Qadın sizinlə möhkəm divarın arxasındakı kimi təhlükəsiz və rahat hiss etməlidir. İstənilən situasiyada özünüzü əsl kişi kimi aparın. Heç vaxt kiminsə yanında özünüzdən əmin olmadığınızı və ya qorxduğunuzu hiss etdirməyin. Əgər zəifliyinizin üzərinizdə qələbə qazanmağına icazə versəniz, həmin dəqiqə qadının qarşısında seksuallığınızı itirib adi, sıradan biri olacaqsınız. Əgər kişi bəyəndiyi qadına yaxılaşıb, onunla tanış olmağa cürət etmirsə, o, heç vaxt əks cinsin nümayəndələri arasında lazım olan hörməti qazanmayacaq.

Çalışın ki, qadınınızın gözündə həmişə əsl kişi olun. Ona hər şeyə qadir olduğunuzu göstərin. Hər sahədə uğurlu olmağa çalışın: universitetdə, işdə, biznesdə. Unutmayın, problemlər öz özünə həll olmur. Başqa yerdən kömək gözləmək mənasızdır, problemlərinizi özünüz həll etməlisiniz. Çalışın ki, ona ətrafdakı insanların fikrindən asılı olmadığınızı, tamamilə müstəqil olduğunuzu göstərəsiniz.

2. Uğurlu kişilər. Heç fikir vermisiniz, qadınlar uğurlu kişiləri necə sevirlər? Əsl idmançıların onlara necə təsir bağışladığına fikir vermisiniz? Bəli, idmançının əzələli, seksual bədəni qadınları özünə cəlb edir. Kişinin müəyyən uğurlara nail olduğunu görən qadın diqqətini ona yönəltməyə bilmir.

Bu tip kişilər durmadan qarşılarına qoyduqları məqsədə doğru gedirlər. Televizorun qabağında kök salmağın, içməyin və həyatdan şikayətlənməyin əvəzinə, məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər. Nə olur olsun, getdikləri yoldan geri çəkilmir, axıradək mübarizə aparırlar.