Varikozun qarşısını almaq üçün


Digərləri 27 Apr 2019 19:38:00 226 0

Varikozun qarşısını almaq üçün

Varikoz vena damarlarının genişlənməsidir. Varikoz zamanı ayaqlar öz gözəlliyini itirir, həmçinin də ağrı və narahatlıq yaradır.

Bu kosmetik problemi hamı həll etmək istəyir.  Amma onu unutmaq da olmaz ki, varikoz orqanizmin ciddi probleminin olmasından xəbər verir. Bu zaman qan damarlarda sərbəst hərəkət edə bilmir və yığılaraq onların şişməsinə səbəb olur.

Yaxşı ki, bu cür dəhşətli xəstəliklə ev şəraitində təbii vasitələrlə mübarizə aparmaq mümkündür.

Son.az medicina.az-a istinadən həmin vasitələri təqdim edir:

1. Çili istiotu

Hətta siz acı yeməyi sevməsəniz belə çili istiotundan hərdənbir istifadə etmək lazımdır. O qanı durulaşdırır və metobalizmi sürətləndirir. Varikoz zamanı vena damarlarında olan qan laxtaları tədricən əriyir və sovrulur.

2. Sarımsaq

Sarımsaq varikoz zamanı yalnız yemək yox, həm də onun spirtdə məhlulundan istifadə etmək də faydalıdır. Bu məhlul ilə venaları sürtdükdə iltihab azalır, qan damarlarının tonusu artır.   3. Sirkə

Damarları aradan qaldırmaq üçün sirkə ilə silmək yaxşı effekt verir. Əskini sirkədə isladın və ayaqlarınıza kompres edin. Şişmiş və yorğun ayaqlarınız həmin dəqiqə rahatlayacaqdır.

4. Aloe

Aloe sərinləşdirici effektə malikdir. Onun şirəsi damarları yığır. Ağır iş günündən sonra ayaqlarınızda olan problemli bölgələri aloe şirəsi ilə silin. Ayaqlarınızda yüngülləşmə hiss edəcəksiniz.   5. Nanə cövhəri

Vena damarlarına çəkmək üçün nanə cövhəri aşağıdakı kimi hazırlanır. 2 l suda bir miqdar nanə yarpaqlarını, çobanyastığını və dəfnə yarpağını qaynadın. Bu bitkilərdən hazırlanan vanna da ayaqlara yaxşı təsir edir.