Badımcanın möcüzəvi faydaları Suyu elə bir şeyə xeyirdir ki…


Digərləri 27 Apr 2019 19:24:00 228 0

Badımcanın möcüzəvi faydaları  Suyu elə bir şeyə xeyirdir ki…

Badımcanın tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkərlə yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da var. Badımcan yemək düzgün qidalanma üçün yaxşı seçimdir. Xüsusilə arıqlamaq üçün badımcan suyu diyetik vasitədir.

Son.az medicina.az-a istinadən badımcanla bağlı faydalı məlumatları təqdim edir.

Badımcanın tərkibində olan madddələr yağı sovurma xüsussiyətinə malikdir. Badımcan suyu sidik qovucu rolunu oynayır, buna görə də böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Çəyirdəklərindəki liflər sayəsində bağırsaqların funksiyasını tənzimləyir, qəbizliyin qarşısını alır. Ağır yeməkləri yeməzdən əvvəl bir stəkan badımcan suyu içmək yağların sovrulması üçün ən yaxşı üsuldur.

Bundan başqa, arıqlamaq üçün yağ səviyyəsi aşağı olan qidalar qəbul etməli, gündə ən azı yarım saat fiziki məşqlər etməlisiniz. Badımcan suyu artıq çəkilərinizdən xilas olmaq üçün möhtəşəm bir seçimdir. Ancaq bir şərtlə ki, düzgün qidalanacaqsınız. Əks halda, heç bir təsirini görməzsiniz. Dietik badımcan suyunın hazırlanma qaydasını təqdim edirik.

Tərkibi

• İri bir badımcan

• Yarım litr su

• Bir limonun suyu

Hazırlanma qaydası

Badımcanı soyub xırda-xırda doğrayın. Daha sonra yarım litr soyuq su dolu qaba əlavə edib gözləyin. Əgər istəsəniz, bir gün əvvəlcədən də hazırlaya bilərsiniz. Beləliklə, ertəsi gün sabaha hazır olmuş olacaq. Yetərincə gözlədildikdən sonra qaynadın. Ən az 15 dəqiqə bişirin.