Kofe içəndə bu əlamətlər yaranırsa...


Digərləri 27 Apr 2019 19:20:00 288 0

Kofe içəndə bu əlamətlər yaranırsa...

Qəhvənin orqanizmə bir çox faydaları var. Elm artıq bunu sübut edib. Amma elə insanlar var ki, qəhvə onlara pis təsir edir. Bu isə orqanizmin həssaslığı, maddələr mübadiləsi və genetika xüsusiyyətlərlə bağlı ola bilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bəs biz içdiyimiz qəhvənin bizimlə "dostluq" edə bilmədiyini necə bilə bilərik? Bunun bir neçə əlaməti var.

Birinci simptom: qarın ağrısı

Son zamanlarda elm adamları qəhvənin tərkibində olan maddələrin mədə şirəsi ifrazını aktivləşdirdiyini təsbit ediblər. Abdominal ağrılar qəhvə içməyin bizə zərər verdiyini göstərən əsas əlamətdir.

İkinci əlamət: ürək döyüntüsü

Əgər bu varsa, qəhvə içməkdən qaçmaq lazımdır. Əks halda ürəyin işində ciddi pozuntular baş verə bilər.

Üçüncü əlaməti: ishal

Qəhvə içəndən sonra tez-tez ayaqyoluna getmək istəyi yaranırsa, diareya baş verirsə, deməli, səbəb qəhvədir.