Gürcüstan gimnastı: Bakıda olan arena və şərait başqa heç yerdə yoxdur


Digərləri 27 Apr 2019 18:29:41 172 0

Gürcüstan gimnastı: Bakıda olan arena və şərait başqa heç yerdə yoxdur

Bakıda olan arena və şərait başqa heç yerdə yoxdur.

Bakı. Cani Babayeva - Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku Avropa və dünya çempionatları ərəfəsində öz gücümü yoxlamaq üçün yaxşı imkandır. Bunu Trend-ə açıqlamasında Gürcüstan gimnastı Natela Bolatayeva deyib. O bildirib ki, Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir: "Çünki bu cür arena və şərait başqa heç yerdə yoxdur. Bizi hər şey qane edir, qonaqpərvərliyə görə təşəkkür edirik". Gimnast vurğulayıb ki, idmançılar üçün tamaşaçıların dəstəyi vacibdir: "Azərbaycan gimnastlarının səviyyəsi yüksəkdir, onlardan çox şey öyrənmək olar. Bu il əsas məqsədim Avropa və dünya çempinatlarında yaxşı çıxış etməkdir".