Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başlayıb


Digərləri 27 Apr 2019 14:21:00 191 0

Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü başlayıb

Formula 1 SOCAR Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başlayıb.

Bakı. Elçin Mehdiyev - Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 boldilərinin üçüncü sərbəst yürüşü başlayıb. Trend-in məlumatına görə, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyurlar. Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.