Bakıda hospitalda yeni doğulmuş oğlan uşağı öldü


Digərləri 27 Apr 2019 13:56:25 158 0

Bakıda hospitalda yeni doğulmuş oğlan uşağı öldü

Bakıda yeni doğulmuş körpə ölüb.

Bakı. Samir Əli - Bakıda yeni doğulmuş körpə ölüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən "German" Hospitalda baş verib. 1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.