Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü başlayıb


Digərləri 27 Apr 2019 12:58:00 339 0

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış günü başlayıb

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun ikinci yarış gününə start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün gürzlərlə və lentlə fərdi proqramda, həmçinin üç halqa və iki cüt gürzlə qrup hərəkətlərində təsnifat yarışları keçirilir. Eləcə də gün ərzində fərdi və qrup hərəkətləri üzrə çoxnövçülükdə qaliblər müəyyənləşəcək.

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq.

Aprelin 28-də həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

Ümumilikdə turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.