Xüsusi xidmət orqanları necə yaranıb? Tarixi faktlar FOTO


Digərləri 26 Apr 2019 23:51:00 285 0

Xüsusi xidmət orqanları necə yaranıb?  Tarixi faktlar  FOTO

Sivilizasiyanın tarixi bir neçə min ildir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bütün dövrlər ərzində dövlətlər xüsusi xidmət orqanlarına ehtiyac duyub. Müxtləif dövrlərdə xüsusi xidmət orqanları müxtəlif vəzifələri icra ediblər. Məsələn, bəzən düşmən düşərgəsindən məlumat gətirmək, düşmən cəbhəsinə dezinformasiya yaymaq da onların vəzifəsi idi. Onların fəaliyyəti dünya tarixində heç də az rol oynamayıb.

Orta əsrlər İngiltərəsi

İngiltərə taxtı uğrunda Lankaster və Yorklar arasında gedən döyüşlərdə hər iki tərəfə düşmən barədə məlumat lazım idi. Bu illər xüsusi xidmət orqanlarının inkişafına təkan verdi. Xüsusi xidmət orqanları bir neçə istiqamətdə işləyirdilər:

Casuslar dəstəsi: İngiltərə sərhədlərindən kənarda kəşfiyyat aparmaq.

İnformatorlar: Şəhərlilər və kəndlilər arasında işləyirdilər.

Kəşfiyyatçılar: Dövlətin əhəmiyyətli saydığı insanları izləyirdilər.

Mobil qruplar:  Əsasən loğmanlar və rahiblərdən ibarət idilər. Əsas məqsədləri ictimai rəyə nəzarət etmək idi.

Bizans

Bizansda xüsusi xidmət orqanı inkişaf etmişdi. Ticarət karvanlarında hər zaman informatorlar olurdu. Onlar rəqib və ya düşmənin həyat tərzini müşahidə edərək imperator sarayına məlumat daşıyırdılar.


Xəbərə aid fotolar