Azyaşlılar gün ərzində mütləq bunları etməlidir, yoxsa... ÜST AÇIQLADI


Digərləri 26 Apr 2019 23:16:00 219 0

Azyaşlılar gün ərzində mütləq bunları etməlidir, yoxsa...  ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı yaşı 5-dən az olan uşaqlar üçün yeni təlimat hazırlayıb.

Son.az xəbər verir ki, yeni təlimatda bu yaş dövründə uşaqların daha sağlam olması üçün bəzi təkliflər irəli sürülüb.

Belə ki, fiziki aktivlik, yuxu və televizor qarşısında keçirilən vaxtın müəyyən edilməsində yaş qruplarına görə dəyişikliklər edilib.

Qaydalarda 1 yaşından az uşaqlar, eləcə də 1-2 yaş və 3-4 yaş arası olmaqla qruplara ayrılıb. ÜST-nın son təlimatlarına görə, 1 yaşa qədər uşaqlar gündə bir neçə dəfə fiziki aktiv olmalıdır. Ən azı yarım saat üzü üstə yatırılmalı, ətrafına oyuncaqlar düzərək onlara çatması üçün təşviq edilməlidir.

Təlimata görə, uşaqlar uşaq arabalarında, qucaqda, uşaq stolunda bir saatdan çox qalmamalıdır. Bu yaş qrupunda uşaqların televizor qarşısında vaxt keçirməsi isə heç tövsiyə edilmir.

Təlimatda 3 ay və daha kiçik uşaqların gündə 14-17 saat, 4-11 aylıq uşaqların isə 12-16 saat yatmasını tövsiyə edir.