Tibbdə dünyaya səs salan ixtiralar SİYAHI


Digərləri 26 Apr 2019 23:04:00 229 0

Tibbdə dünyaya səs salan ixtiralar  SİYAHI

İndi sizə təqdim edəcəyimiz ixtiraların hər biri həyatımızı başdan-ayağa dəyişdirib.

Son.az medicina.az-a istinadən 150 ildə həyatımıza daxil olan möhtəşəm ixtiraları təqdim edir.

Diş sensoru

Qarşımızdakı şəxsin dişinin üzərində yad cisim görsəniz, təəcüblənməyin. Diş sensoru, gündəlik qida qəbulunu balansda saxlayır. Bu cihaz ağzımızdakı şəkər, duz və alkoqol səviyyəsini ölçür. Təxminən 2 mm qalınlığında olan cihaz radio dalğaları texnologiyası ilə işləyir. Ağzımıza qoyduğumuz bütün qidalar sensor cihaz vasitəsi ilə araşdırılır. Radio dalğaların köməyi ilə ötürülən məlumatlar oxunur. 

Rentgen şüaları

1895-ci ildə Vilhelm Rentgen tərəfindən kəşf edilib. Və X-şüaları adlandırılıb. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur. 

Pensilin

1928-ci ildə Fleminq tərəfindən kəşf olunan antibiotik. Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları əsasında işlənib hazırlanmış ilk antimikrob dərman qrupudur.