Amerika Film Festivalı - “İnsan Ruhunun Qüdrəti”


Digərləri 26 Apr 2019 22:51:15 192 0

Amerika Film Festivalı - “İnsan Ruhunun Qüdrəti”

ABŞ-ın Azərbaycandakı səfirliyi “Park Cinema” ilə əməkdaşlıq edərək Bakıda ilk “Amerika Film Festivalı”na sponsorluq edir.

Bakı. ABŞ-ın Azərbaycandakı səfirliyi “Park Cinema” ilə əməkdaşlıq edərək Bakıda ilk “Amerika Film Festivalı”na sponsorluq edir. Səfirlikdən Trend-ə verilən məlumata görə, bütün filmlər 2019-cu il mayın 1-5-də “Park Cinema Fleym Touers”-də nümayiş olunacaq və “İnsan Ruhunun Qüdrətini” nümayiş etdirəcək. “İlk Adam”,”Yaraşıqlı Oğlan”, “Yaşıl Kitab”, “Simonu Sev” və “Bir Ulduz Doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və “Park Cinema” kassalarında da mövcuddur. ABŞ-ın Azərbaycandakı səfirliyi əməkdaşlığa görə “Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir: