Təhlükəli dəri xəstəliklərini tanıyaq HƏKİM YAZIR


Digərləri 26 Apr 2019 22:28:00 322 0

Təhlükəli dəri xəstəliklərini tanıyaq  HƏKİM YAZIR

Son dövrlərdə sürətlə yayılan xəstəliklərin sırasına dəri xəstəlikləri də var. Bir çox insanların ciddiyə almadığı bu xəstəliklər bəzən böyük bəlalara səbəb olur.

Son.az mövzuyla bağlı həkim dermatoveneroloq Zamin Hacıyevin medicina.az-a göndərdiyi yazını təqdim edir:   

Dəri xəstəlikləri dəridə səpgilər, qaşınma, qabıqlanma, çatlar, yaralar kimi təzahür  edir.

Ümumiyyətlə xroniki xəstəliklər, o  cümlədən də dəri xəstəlikləri  əsasən  yaz və payız aylarında pisləşir və ya  əmələ  gəlirlər.

Allergik dermatitlər, psoriazın bəzi formaları, dəmrovun bəzi növləri, ekzema  əsasən yaz və payız  aylarında pisləşirlər. Yaz aylarında  orqanizmin vitaminsizləşməsi bu fəsildə dəri xəstəliklərinin    kəskinləşməsinə səbəb  olan amillərdən biridir.

Göbələk mənşəli dermatitlər, cillər, dəridə  ləkələr, bişməcələr, əsasən yay  mövsümündə kəskinləşir. Qış aylarında isə əsasən dəridə çatlar, quruluq, psoriazin ve ekzemanın bəzi formaları artır.