Azərbaycan nefti bahalaşır


Digərləri 26 Apr 2019 22:37:00 198 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,52 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.