ŞriLankanın polis rəisi terror aktları səbəbindən istefa verib


Dünya 26 Apr 2019 21:33:00 258 0

ŞriLankanın polis rəisi terror aktları səbəbindən istefa verib

Şri-Lankanın polis rəisi Pucith Cayasundaru rəhbərlik etdiyi qurumun ölkədə silsilə terror aktlarının qarşısını ala bilməməsi səbəbindən istefa verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ada dövlətinin prezidenti Maytripala Sirisena məlumat verib.

"Baş polis inspektoru istefa verib. O, istefa barədə ərizəsini müdafiə naziri vəzifələrini icra edən şəxsə təqdim edib. Mən yaxın vaxtlarda yeni baş inspektoru təyin edəcəyəm", - deyə prezident jurnalistlərə bildirib.

Maytripala Sirisena, həmçinin hücumların əsas təşkilatçısı, "Tövhid camaatı" qruplaşmasının rəhbəri Zahran Haşimin terror hücumlarının gedişində - "Shangri-La" otelinə hücum zamanı öldüyünü deyib.