Bazarlarda qiymətlər düşəcək:


Digərləri 26 Apr 2019 21:15:00 240 0

Bazarlarda qiymətlər düşəcək:

İstixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı. 

Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.

Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.

Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.

Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir. Azərbaycanlılar öz növbələrində Çində becərilən pomidor, xiyar, soğan, həmçinin armud və qarpızın dadına da baxıblar. Onlar həmin məhsulların çox dadlı və keyfiyyətli olduğu qənaətinə gəliblər.

Eyni zamanda istixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.

Qeyd etmək lazımdır ki, azərbaycanlı fermerlər artıq bir neçə kənd təsərrüfatı sahəsində Çin təcrübəsindən uğurla yararlanıblar. Məhz Çin mütəxəssisləri ilə uğurlu əməkdaşlıq sayəsində ipəkçilik sənayesinin inkişafını yeni səviyyəyə gətirmək mümkün olub.