Azərbaycanda inflyasiya necə olacaq?


Digərləri 26 Apr 2019 14:30:23 210 0

Azərbaycanda inflyasiya necə olacaq?

Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozları sabit səviyyədə saxlayıb

Bakı. Xeyrəddin Nəsirzadə - Azərbaycan Mərkəzi Bankı inflyasiya ilə bağlı proqnozları sabit səviyyədə saxlayıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın proqnozlarına əsasən inflyasiya 4 faizə yaxın təşkil edəcək. E.Rüstəmov qeyd edib ki, real sektorda həyata keçirilmiş monitorinqlər göstərib ki, tikinti sektorunda və qeyri-neft emal sənayesində inflyasiya gözləntiləri azalıb.