Salyanda kanalizasiya borularını oğurlayan şəxs tutulub


Digərləri 26 Apr 2019 13:56:00 200 0

Salyanda kanalizasiya borularını oğurlayan şəxs tutulub

Salyan rayonu ərazisindəki kanalizasiya borularını kəsərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Salyanda kanalizasiya borularını oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki kanalizasiya borularından birinin 30 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Kürqaraqaşlı kənd sakini E.Nuriyev saxlanılıb.