Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək


Digərləri 26 Apr 2019 12:05:00 206 0

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək. Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, dövlət aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyən edir, aqrar sığorta sisteminin tətbiqinə nəzarət edir, eləcə də sistemin inkişafı üçün tədbirlər görəcək. Aqrar sığortanın predmetləri kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları daxildir.