“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək (FOTO)


Digərləri 26 Apr 2019 12:00:00 207 0

“AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək (FOTO)

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb.

Bakı. Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb. Razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb. Sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək. Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur. Aqro sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.