"Hayabuşa2" kosmik zondu yenidən Ryuqu asteroidinə yaxınlaşıb


Digərləri 26 Apr 2019 07:21:00 188 0

"Hayabuşa2" kosmik zondu yenidən Ryuqu asteroidinə yaxınlaşıb

Yaponiyanın "Hayabuşa-2" kosmik zondu endirilmiş atəş nəticəsində yaranan kraterin fotolarını çəkmək üçün aprelin 25-də yenidən Ryuqu asteroidinə yaxınlaşıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tarixdə ilk dəfə həyata keçirilən bu təcrübə aprelin 5-də baş tutub. Həmin vaxt asteroidin səthinə metal mərmi ilə atəş açılıb.

Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) asteroidin səthinin necə dəyişdiyini öyrənməyi planlaşdırır.