Gəncədə mina aşkarlanıb FOTO


Digərləri 26 Apr 2019 00:00:00 322 0

Gəncədə mina aşkarlanıb  FOTO

Gəncədə 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, 2019-cu il 25 Aprel tarixində saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı işləri aparılan sahəyə baxış keçirilib.


Xəbərə aid fotolar