Buğdadan imtina etmək lazımdır, çox xəstəliklərin səbəbi odur –


Digərləri 25 Apr 2019 21:25:00 256 0

Buğdadan imtina etmək lazımdır, çox xəstəliklərin səbəbi odur –

Amerikanın tanınmış kardioloqu Vilyam Devis dünyada " Buğda qarını" adlı betstellerə çevrilmiş kitabı ilə məşhurdur. O, əmindir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar buğda və undan qaynaqlanır.

Son.az medicina.az-a istinadən bildirir ki, kardioloq qida üçün istənilən digər taxıldan unun daxil edilməsini məqbul sayır, nəinki buğda. Doktor Devid uzun müddət ürək-damar xəstəliklərinin profilaktikası üçün effektiv metodlar axtarmışdı.

O aşkar etdi ki, müasir buğda və un  qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir.

"Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir".

Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarır. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin səviyyəsi enib, ürək-damarların işi yaxşılaşmışdı.