Bu yol 6 yaşayış məntəqəsini birləşdirəcək


Digərləri 25 Apr 2019 20:34:00 306 0

Bu yol 6 yaşayış məntəqəsini birləşdirəcək

Tərtərdə 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilib.

Bakı. Tərtərdə 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilib. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, rayonun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirirdi, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilərək Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilmışdi. Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilib. Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülüb.