ŞriLankada yeni terror aktları ilə bağlı


Dünya 25 Apr 2019 19:12:00 235 0

ŞriLankada yeni terror aktları ilə bağlı

Şri-Lanka hökuməti adanın məscidlərinə terror aktlarının törədiləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Şri-Lanka polis müfəttişi Priyantxu Cayakodi bildirib.

Sosial şəbəklərdə isə yeni terror aktlarının törədiləcəyi ilə bağlı vərəqlərin şəkilləri paylaşılıb.

P.Cayakodinin sözlərinə görə, bununla əlaqədar olaraq ölkədəki bütün məscidlərin ərafında təhlükəsizlik tədbirləri gücləndirilib: "Narahat olmağa heç bir əsas yoxdur".

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.