Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb


Digərləri 25 Apr 2019 19:08:42 275 0

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

2019-cu il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 8 milyard 213,9 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2019-cu il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq 8 milyard 213,9 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 59,4 faizi xarici, 40,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz, xarici valyutada əmanətlər isə 1,4 faiz artıb. 2019-cu il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 12 milyard 974,6 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10 milyard 379,6 milyon manatı və ya 80,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.