“Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb


Digərləri 25 Apr 2019 18:34:00 204 0

“Windows”un cinayətkarlar tərəfindən istifadə olunmuş zəif nöqtəsi tapılıb

“Kaspersky Lab” “Windows”un naməlum cinayətkarlar tərəfindən artıq istifadə olunmuş kritik zəif nöqtəsini tapıb.

Bakı. “Kaspersky Lab”, “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu proqramla cinayətkarlar yoluxmuş cihazlara nəzarət etməyə cəhd edirlər. Əsas məqsədləri sistemin əsasını əldə etmək olan cinayətkarlar bunun üçün legitim “Windows PowerShell” komponenti üzərində yazılmış proqramdan istifadə edirlər. “Backdoor” son dərəcə təhlükəli zərərli proqram təminatıdır, cinayətkarlar onun vasitəsilə cihazları uzaq məsafədən gizli şəkildə idarə edə bilirlər. Üstəlik, əgər cinayətkarlar əvvəllər aşkarlanmamış zəiflikdən istifadə edirlərsə, o zaman onların standart müdafiə mexanizmlərindən rahatlıqla keçmək ehtimalı daha da artır. Buna baxmayaraq, “Kaspersky Lab” həllərinin avtomatik qorunma texnologiyası yeni təhlükəni aşkar etdi. Şirkət mütəxəssislərinın gəldiyi qənayətə görə, cinayətkarlar aşağıdakı ssenari üzrə hərəkət edir: əvvəl cihaza “.exe” faylı göndərilir, daha sonra bu fayl kompüterə zərərli proqram təminatı yerləşdirir, o isə öz növbəsində cihaza “Windows PowerShell” vasitəsilə yazılmış zərərli proqramı yükləyir. Cinayətkarlar qanuni alətlərdən istifadə etdiklərindən, əldə edilmiş sistemdə möhkəmlənərək, ona hiss edilmədən nəzarət edə bilirlər.