Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək


Digərləri 25 Apr 2019 17:18:00 186 0

Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək

"Söküləcək "Təbriz" kinoteatrının ərazisi xüsusi mülkiyyətdə olan özəl torpaq sahəsidir. Bununla bağlı sahibkarda Əmlak Məsələləri Dövlət Komitəsindən çıxarış var".

Son.az xəbər verir ki, bu barədə ONA-ya Nizami Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, "Təbriz" kinoteatrının yerində daha müasir ticarət-əyləncə mərkəzinin tikilməsi planlaşdırılır: "Yeni mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə alınıb". Qeyd olunub ki, yeni binada müxtəlif xidmət sahələri ilə yanaşı, kinoteatr da fəaliyyət göstərəcək.