Azərbaycanda 3 ayda 283 ədəd minik avtomobili istehsal olunub


Digərləri 25 Apr 2019 16:21:00 241 0

Azərbaycanda 3 ayda 283 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib. Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6 faiz artıb.