İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum: FOTOREPORTAJ


Digərləri 25 Apr 2019 15:04:00 265 0

İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum:  FOTOREPORTAJ

Son.az Bakucity.az-a istinadən xəbər verir ki, aprelin 24-də "İçərişəhər" Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsi media turu təşkil edib. Media-tur zamanı Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında görülən işlərdən danışılıb.

Keçmişdən gələcəyə

Turun başlanğıc nöqtəsi bu il ilk dəfə fevralın 14-də qonaqlara qapılarını açan Bakı Fotoqrafiya Evi olub.

Hazırda qonaqlar iki fotoqrafın - Sanan Ələsgərovun və Bəhruz Hüseynzadənin ekspozisiyası ilə tanış ola bilərlər. S. Ələsgərovun sözlərinə görə, bu sərginin məqsədi qədim şəhərin görünüşünün illər ərzində necə dəyişdiyini nümayiş etdirməkdir. Rəssam qalanın müasir dövrə aid fotoşəkillər seriyasını təqdim edir.

Digər fotoqraf  B. Hüseynzadə isə XIX-XX əsrin əvvəllərində təsvirləri ilə tamaşaçıya qalanın keçmiş görünüşünü göstərir.

Beləliklə, Bakı qalasının transformasiyasını əks etdirən maraqlı bir zaman kontrastı yaranır.

Yeni muzey açıq havada yerləşir

Jurnalistlər XVII əsrə aid olan yeraltı hamamın konservasiyası ilə tanış olub. Burada işlər keçən ilin may ayında başlayıb. Qoruğun mətbuat xidmətindən verilən məlumata görə, mənfi hava şəraiti iş prosesini ləngitsə də, havaların isinməsi işləri sürətləndirəcək. 

Bunu da oxu: Bakıda hansı ərazilər söküləcək? - Baş planın 2-ci mərhələsi Yeraltı hamamın konstruktiv cəhətlərinə görə ərazidə mövcud olan hamam komplekslərinə bənzər cəhətləri var. Hamam temperatur rejimini sabit saxlamaq üçün yer səthindən aşağıda inşa olunub. Onun birinci otağı çay və kofe içmək üçün nəzərdə tutulub.