Bakıda qanunsuz toyuq sexi aşkarlanıb


Digərləri 25 Apr 2019 15:08:11 194 0

Bakıda qanunsuz toyuq sexi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daha bir qanunsuz toyuq sexi aşkarlayıb.

Bakı. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daha bir qanunsuz toyuq sexi aşkarlayıb. Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında AQTA və aidiyyəti qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsim sexinə baxış keçirilib. Baxış zamanı vətəndaş Babayev Ceyhun Rafiq oğluna məxsus sexin qeyd olunan ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.