"İçərişəhər" idarəsi sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb (VİDEO)


Digərləri 25 Apr 2019 14:38:39 278 0

"İçərişəhər" idarəsi sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb (VİDEO)

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ötən gün sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb.

Bakı. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ötən gün sosial şəbəkələrdə yayılan fotogörüntülərlə bağlı açıqlama yayıb. İdarədən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir ki, fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir: "İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində sovet dövrü zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib".