Sumqayıt sakinini küt alətlə qətlə yetirən şəxs tutuldu


Digərləri 25 Apr 2019 14:04:00 219 0

Sumqayıt sakinini küt alətlə qətlə yetirən şəxs tutuldu

Aprelin 24-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.