Xalq Bank I rübün nəticələrini açıqladı: Stabillik və artım


Digərləri 25 Apr 2019 13:12:31 220 0

Xalq Bank I rübün nəticələrini açıqladı: Stabillik və artım

2019-ci ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.

Bakı. 2019-ci ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Belə ki, Bankın aktivləri 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 206.18 mln. manat və yaxud 10,27 % artaraq 2 214.35 mln. manat təşkil edib. Bankın kredit portfelində müştərilərə verilən kreditlərin həcmi I rüb ərzində 75.84 mln. manat və yaxud 5,49% artaraq 1 458.45 mln. manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir.