Balakəndə qadının evində narkotik vasitələr aşkarlanıb


Digərləri 25 Apr 2019 13:18:24 184 0

Balakəndə qadının evində narkotik vasitələr aşkarlanıb

Balakən Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Bakı. Balakən Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.