Energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb (FOTO)


Digərləri 25 Apr 2019 13:08:00 153 0

Energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb (FOTO)

"Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

Bakı. "Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb. Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu uğuru energetika sahəsi üzrə də davam etdirə bilərik”.