Amazonda Bitcoin ilə alışveriş etmək mümkün oldu


Digərləri 25 Apr 2019 08:01:00 215 0

Amazonda Bitcoin ilə alışveriş etmək mümkün oldu

Kripto ödəniş sistemi olan "Moon" şirkəti bu gün verdiyi açıqlamada lighting uyumlu  cüzdana sahib hər bir şəxsin e-ticarət saytları üzərindən alış-veriş etməyinin mümkün olduğunu bildirib.

Son.az chip.az-a istinadən bildirir ki, bunu etmək üçün "Moon"un axtarış brauzerindən istifadə olunmalıdır. Sistem aktivləşmədən əvvəl 250 istifadəçi beta testlərində "Moon" istifadə edərək kripto pullarla ticarəti təcrübədən keçirib. Şirkətin baş icraçı direktoru Ken Krugerin sözlərinə görə faktura üçün QR kodu verilərək ödəniş bu kodu istifadə etməklə həyata keçiriləcək.

Amazon şirkətinin özü isə hələki Bitcoinlə heç bir prosesi həyata keçirmir. Sözü gedən şirkətin satıcıları ödənişlərini kripto ilə deyil əvvəlki qaydada alırlar. Bununla yanaşı şirkət 2020-ci ilə qədər bütün e-ticarət saytlarının Bitcoin üzərində qurulacağını da qeyd edib. Şirkət sistemin indiki halda "VISA" və "Mastercard"a uyğun olduğunu bəyan edib.