Apple şirkəti məhkəmədə saat istehsalçısına məğlub oldu


Digərləri 25 Apr 2019 07:11:00 232 0

Apple şirkəti məhkəmədə saat istehsalçısına məğlub oldu

Apple şirkətinin  İsveçrədə keçirilən məhkəməsinin nəticəsi Avstraliyada da təkrarlandı.

Son.az chip.az-a istinadən bildirir ki, Apple İsveçrəyə məxsus "Swatch" şirkətinin "One more thing" cümləsini istifadə etməsinin qaydalara zidd olması ilə bağlı məhkəmədə ifadə verib. Apple bu cümləni  "Swatch"-a qadağan olunmasını istəməsinə  səbəb olaraq Steve Jobs-un "Apple Keynotes"in istifadəsi zamanı bunu müntəzəm olaraq tətbiq etməsini göstərib. Apple bu ifadənin onların ticarət nişanı olduğunu qeyd edib.

Swatch isə sözü gedən cümləni  "Just one more thing"  formasında TV detektifi Columbonun tez-tez ifadə etdiyini vurğulayaraq adı çəkilən şəxsdən götürdüklərini bildirib.

Hər iki tərəfi dinləyən məhkəmə hakimi Adrian Richards isə "Apple"nin iddialarına qarşı "Swatch"ın lehinə qərar verərək texnologiya nəhənginin saat istehsalçısına təzminant ödəməli olduğunu diqqətə çatdırıb.