2018ci ildə ABŞda əhali artımının təxminən yarısını miqrasiya təşkil edib


Dünya 24 Apr 2019 23:02:00 260 0

2018ci ildə ABŞda əhali artımının təxminən yarısını miqrasiya təşkil edib

ABŞ Əhalinin Siyahıyaalınması Bürosunun hesablamalarına görə, 2018-ci ildə digər ölkələrdən Birləşmiş Ştatlara gələn miqrantların sayı ölkədə əhali artımının təxminən yarısını təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə ABŞ-da əhali artımı 2 milyon nəfərdən çox olub. Ümumi artımın 1,04 milyonu təbii artımın, yəni yeni doğulanların sayının ölənlərin sayından çox olmasının nəticəsidir.

Qalan 978.826 nəfər Amerikanın 50 ştatına köçüb. İmmiqrantların əksəriyyəti Puerto-Rikodandır. Ötən həftə dərc edilən əhalinin siyahıyaalınma göstəricilərinə əsasən, qasırğadan sonra bərpa işlərinin hələ də davam etdirildiyi ada ötən il 129.848 sakinini "itirib".