Stenfordda kolonoskopiyanı qan analizi ilə əvəz ediblər


Digərləri 24 Apr 2019 23:05:00 208 0

Stenfordda kolonoskopiyanı qan analizi ilə əvəz ediblər

Qalın bağırsaq xərçəngi üzrə invaziv müayinədən keçən insanların yarısı bu və ya başqa səbəblərdən kolonoskopiya prosedurasından keçmək istəmirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pasientlərin 40 faizinin müayinədən keçməkdən imtina etdiyi bu üsulu qan analizi ilə əvəz edəcəklər.

Qalın bağırsaq xərçəngi ABŞ-da ölümlə nəticələnən ikinci xəstəlikdir və bütün dünyada getdikcə daha çox insanı əhatə edir. Bunun səbəbi xəstəliyin çətin diaqnozu və müalicəsi deyil. Problem ondadır ki, xərçəngin bu növünün erkən diaqnozu üçün müayinədən keçənlərin sayı azdır. Onlar həm biliklərin məhdud olması üzündən, həm də kolonoskopiyaya dözə bilmədiklərinə görə həkimə gec müraciət edirlər.

Müasir tibb elmi 50-75 yaş arasında olan bütün insanlara kolonoskopiyadan keçməyi tövsiyə edir, lakin insanların cəmi 60-65 faizi bu müayinədən keçir. Həkimlərin onları müayinəyə cəlb etmək səyləri isə indiyədək uğursuzluqla nəticələnib. Stendford Universitetinin professoru Van Şenin rəhbərlik etdiyi tədqiqat qrupu bu vəziyyətdən çıxış yolunu tapıb: bağırsaq xərçənginin markerlərini aşkar edən qan analizi. Alimlər artıq elmi laboratoriyada tətbiq edilən test hazırlayıblar, indi isə alınan qrant sayəsində bu yeniliyin səmərəsini klinikada - real şəraitdə təsdiq etmək istəyirlər. Onların metodunun mahiyyəti qanda olan genetik materialların onda bir faizini təşkil edən xərçəng genini analiz yolu ilə aşkar etməkdən ibarətdir. Bunun üçün çox həssas aparat tələb olunduğundan, tədqiqatçılar maqnitlərdən istifadə ediblər. Onlar maqnit işarəsini müəyyən edilmiş genin üzərinə bərkidirlər. Qan nümunəsi götürdükdən sonra həkimlər kiçik maqnit sahəsinin köməyi ilə bu genləri qanın tərkibindən çıxara və bağırsaqda şişin yayılmasını aşkar edə bilərlər.