Türkiyə XİN Trampın 1915ci ilin hadisələri barədə bəyanatını şərh edib


Dünya 24 Apr 2019 23:09:00 226 0

Türkiyə XİN Trampın 1915ci ilin hadisələri barədə bəyanatını şərh edib

Rəsmi Ankara ABŞ prezidenti Donald Trampın Osmanlı imperiyasında 1915-ci ilin hadisələri bəyanatını şərh edib.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyənin Xarici İşlər Nazirliyi D.Trampın bu barədə bəyanatını mənasız adlandırıb: "Daxili siyasi mülahizələrə görə tarixin təhrif olunması yolverilməzdir. Həmin dövrdə erməniləri tərəfindən öldürülən 500 mindən artıq müsəlmanı xatırladaraq, D.Trampı ədalətli olmağa çağırırıq".