Bakıda "Mercedes" yanıb


Digərləri 24 Apr 2019 22:32:00 199 0

Bakıda "Mercedes" yanıb

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində "Mercedes" markalı minik avtomobilinin salon hissəsi və arxa təkəri yanıb. Yüksək temperaturdan qarajın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Avtomobilin, qarajın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.