Bu ölkədə əhalinin 74 faizi şəhərlərdə yaşayır


Digərləri 24 Apr 2019 22:14:00 210 0

Bu ölkədə əhalinin 74 faizi şəhərlərdə yaşayır

Bolqarıstan Statistika İnstitutunun məlumatına əsasən, 2018-ci ilin sonuna kimi Bolqarıstanda 73,7 faiz, yəni 5 milyon 159 min 129 nəfər əhali şəhərlərdə, 26,3 faizi, yəni 1 milyon 840 min 910 nəfər isə kəndlərdə yaşayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bolqarıstanda ümumi 5 min 256 yaşayış məntəqəsi mövcuddur. Bunlardan 257-i şəhər, 4999-u isə kənddir. 164 yaşayış məntəqəsində heç kim yaşamır. 1193 yaşayış məntəqəsində 1 nəfərdən 49 nəfərə kimi yaşayır. Əhalinin 34,4 faizi Bolqarıstanın 6 şəhərində yaşayır. Ən az adam Vidin rayonunda 84 min 865 nəfər, ən çox isə Sofiya rayonunda 1 milyon 328 min 120 nəfər, yəni əhalinin 19 faizi yaşayır.