3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub


Digərləri 24 Apr 2019 22:05:00 236 0

3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.