"Oskar" mükafatının növbəti təqdimetmə mərasiminin vaxtı açıqlanıb


Digərləri 24 Apr 2019 21:53:00 196 0

"Oskar" mükafatının növbəti təqdimetmə mərasiminin vaxtı açıqlanıb

Amerikanın "Oskar" kino mükafatının növbəti, 92-ci təqdimetmə mərasimi 2020-ci il fevralın 9-da Los-Anceles şəhərindəki "Dolby Theatre" teatrında keçiriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mərasimin 25 ölkədə və ərazidə canlı yayımlanacağı gözlənilir. Bundan başqa, təşkilatçılar kino mükafatının reqlamentinə bir sıra dəyişikliklər ediləcəyini bildiriblər.

"Xarici dildə ən yaxşı film" (Foreign Language Film) kateqoriyasının adı "Beynəlxalq bədii film" (International Feature Film) adlandırılacaq. Kateqoriyanın adının dəyişdirilməsi mövcud qaydalara, ərizələrin göndərilməsinə və ya ixtisas tələblərinə təsir etməyəcək.