YAP Quba rayon təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib (FOTO)


Digərləri 24 Apr 2019 21:12:22 242 0

YAP Quba rayon təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib (FOTO)

Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər

Bakı. Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər. Trend-in məlumatına görə, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, Azərbaycan xalqının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını davam etdirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tərəqqisi naminə uğurla fəaliyyət göstərir: “Məhz YAP Sədrinin yüksək rəhbərlik bacarığı ilə 2003, 2008, 2013 və 2018-ci illərdəki prezident seçkilərindən sonra ölkəmizdə sosial-iqtisadi sahədə davam edən tərəqqi bu gün daha dinamik şəkil alıb. Hazırda respublikamız böyük inkişaf yolundadır. Dövlətimizin iqtisadi qüdrəti durmadan artır, xalqın həyat səviyyəsi gündən-günə yaxşılaşır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı I, II və III Dövlət proqramlarının icrası ilə bağlı görülmüş işlər nəticəsində çoxlu sayda müəssisələr tikilib, yeni iş yerləri açılıb, maaşlar, pensiya və müavinətlər ardıcıl olaraq dəfələrlə artırılıb, vətəndaşların rifah halı durmadan yüksəlib. Bu inkişafı hər bir vətəndaş yaşadığı ərazidə, öz şəxsi həyatında, ailəsində, təhsil aldığı məktəbdə, əmək kollektivində görür və hiss edir”. Sonra YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Habil Bayramlı hesabat məruzəsi ilə çıxış edərək ötən müddətdə görülənişlər barədə məlumat verib. Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub. Çıxışlardan sonra Əhməd Bəkirli YAP Quba rayon təşkilatı Gənclər Birliyinin yeni sədri, 21 nəfərdən ibarət Şura, həmçinin partiyanın Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.