UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş konfrans keçirilib (FOTO)


Digərləri 24 Apr 2019 18:20:00 224 0

UNEC-də Nəsiminin fəlsəfi ideyalarına həsr edilmiş  konfrans keçirilib (FOTO)

Bu gün UNEC-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərində sosial və humanitar fəlsəfi ideyaların əsas istiqaməti" adlı konfrans keçirilib.

Bakı. Bu gün UNEC-də dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərində sosial və humanitar fəlsəfi ideyaların əsas istiqaməti" adlı konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, konfransda UNEC rektoru, professor Ədalət Muradovun, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin, AMEA-nın Əlyazmalar İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları iştirak etmişlər. Tədbir rektor Ə.Muradovun, dəyərli akademik T.Kərimli və professor müəllim heyətinin iştirakı ilə dahi şair Nəsimiyə həsr edilmiş sərgiyə baxış ilə başladı. Burada onun əsərlərinin bədii obrazlarla ifadəsi olan rəsmlər, əsərlərindən ibarət seçmələrin yer aldığı kitablar sərgilənmişdi. Elmi fəaliyyəti təşkili və idarəedilməsi departamentinin və “Azərbaycan dili” kafedrasının birgə təşkilatcılığı keçirilmiş tədbiri giriş sözü ilə açan rektor, professor Ədalət Muradov məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin keçirildiyini və bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə bu il Nəsiminin 650 illiyinin keçirildiyini diqqətə çatdırdı. UNEC-də Nəsimi ili ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini nəzərə çatdıran rektor, UNEC Tələbə Teartının Nəsimi əsərləri əsasında hazırladıqları teatrın nümayişi üçün Türkiyənin Kars vilayətinə səfər edəcəyini və digər tədbirlərin planlaşdırdığını bildirdi. Dahi şairin Azərbaycan dilində yazdığını, özündən əvvəl olmuş şairlərin ənənələrini yaşatdığını bildirən rektor, Nəsimi ideyaları, Nəsimi irsi barədə danışdı. Böyük Azərbaycan xalqının zaman zaman dahi şairlər yetişdirdiyini qeyd edən rektor bu sırada Nəsiminin xüsusi yer tutduğunu nəzərə çatdırdı. Ə.Muradov Nəsimi irsinə biganə qalmaq mümkün olmadığını, Nəsiminin digər şəxslərdən fərqləndirən cəhətin onun əqidəsi olduğunu diqqətə çatdırdı. Rektor layiqli vətəndaşın yetişdirilməsi üçün layiqli vətəndaş olmağın zəruriliyi, Nəsimi irsində vətənpərvərlik, istənilən zaman vətənin daşına çevrilməyə hazırlıq ideyalarına toxundu.