Görkəmli alimlərin adına mükafatlar təsis edildi


Digərləri 24 Apr 2019 18:17:00 251 0

Görkəmli alimlərin adına mükafatlar təsis edildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti görkəmli alimlərin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında qərar qəbul edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, RH-nin bu gün keçirilən iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub.

Tədbirdə elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.