Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti


Digərləri 24 Apr 2019 17:52:00 203 0

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Bakı. Samir Əli - Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.